Aqrokompleks qlobal dünya çağırışlarına uyğun olaraq ölkəmizdə kənd təsərrüfatı sahəsinin inkişafı, idxal-ixrac və tranzit əməliyyatlarının asanlaşdırılması və ölkəmizin ixrac potensialının artırılması məqsədilə yerli və xarici meyvə-tərəvəz istehsalçılarına və tədarükçülərinə qabaqcıl texnologiyalara əsaslanan çoxsaylı xidmətlər təqdim edir.

Haqqımızda

“FoodCity Aqrokompleks” 11,71 ha ərazini əhatə edən, idxal-ixrac əməliyyatlarının “Bir pəncərə” prinsipi ilə rəsmiləşdirilməsi, logistika, saxlanc, çeşidləmə, qida təhlükəsizliyi laboratoriyası və digər çoxsaylı əməliyyatlar üzrə ixtisaslaşmış aqroklasterdir.

Daha çox
Haqqımızda
Anar Aghayev

Anar Aghayev

CEO at FoodCity Agrocomplex

“FoodCity Aqrokompleks” olaraq fəaliyyətimizdə innovativ idarəetmə alətləri tətbiq edərək ən yaxşı nəticəni əldə etməyi qarşımıza hədəf qoymuşuq. Biz “ən yaxşı”nın sərhədsiz olduğunu anlayır və hər növbəti işdə əvvəlkindən daha yaxşı nəticəyə nail olmağa çalışırıq. Göstərdiyimiz xidmətlər öz sahələrinin peşəkarı olan komanda üzvlərinin birgə əməyi nəticəsində ərsəyə gəlir. Həm daxili, həm tərəfdaş qurumlar, həm də müştərilərlə xarici kommunikasiyalarda korporativ dəyərləri əsas tutan komandamız üçün şəffaflıq və qarşılıqlı etimad əsas keyfiyyət göstəricilərindəndir.

İdxal-ixrac əməliyyatlarının “Bir pəncərə” prinsipi ilə rəsmiləşdirilməsi, saxlanc, logistika, çeşidləmə, qida təhlükəsizliyi laboratoriyası kimi xidmətlər üzrə ixtisaslaşan “FoodCity Aqrokompleks” yerli və beynəlxalq biznes mühitlərindəki dəyişikliklərə çevik reaksiya verməyə çalışır və buna nail olur. Göstərdiyimiz xidmətin keyfiyyəti bizi həm istehsalçılar, həm də ixracatçılarla dostlaşdırır.

Biz şirkət olaraq ölkəmizin kənd təsərrüfatı sahəsi üzrə istehsal gücünü və ixrac potensialını bilir və bu göstəricilərin inkişaf etdirilməsi yolunda müasir texnologiyalardan istifadə etməklə strateji addımlar atırıq.

Dayanıqlı və davamlı biznes əlaqələri qurmaq, eyni zamanda əməkdaşlarımız, müştərilərimiz, tərəfdaşlarımız və ümumilikdə cəmiyyət üçün əlavə dəyər yaratmaq əsas prinsiplərimizdəndir.

Sign

 

DƏYƏRLƏRİMİZ

İnnovativlik

“FoodCity Aqrokompleks” həm komanda üzvlərinin, həm də infrastruktur qurğularının seçiminə xüsusi diqqətlə yanaşır. Bugün yenilikçi bir komanda və müasir standartlara uyğun texnologiyalarla yolumuza davam edirik. Şirkət olaraq daima yeniliklərə açığıq və dəyişən müştəri tələblərinə operativ reaksiya veririk.

Dürüstlük

Verdiyimiz vədlərə, üzərimizə götürdüyümüz öhdəliklərə sadiq qalmaq və gördüyümüz işləri vicdanla yerinə yetirmək əsas korporativ dəyərlərimizdəndir. Biz Azərbaycan Respublikasının qanun və qaydalarını fəaliyyətimizdə əsas götürür və göstərdiyimiz xidmətlərin dövlətimiz və cəmiyyətimiz üçün faydalı olmasına çalışırıq. Dürüst fəaliyyətin nəticəsidir ki, əməkdaşlıq etdiyimiz dövlət və özəl sektor nümayəndələrinin etimadını qazanır və bu etimadı vicdanla doğrulduruq.

Peşəkarlıq

Göstərdiyimiz xidmətlərin peşəkar insan resursları tərəfindən idarə edilməsi nəticəsində yaşana biləcək hər hansı gözlənilməz çətinlikdə belə problemləri sürətli şəkildə həll etməyi bacarırıq. Şirkət olaraq fəaliyyətimizə də peşəkar yanaşır, hədəflərimizi və əməkdaşlıqlarımızı uzunmüddətli strategiya əsasında müəyyənləşdiririk.

Keyfiyyət

Keyfiyyət bizim işimizə göstərdiyimiz xüsusi diqqət və hörmətin nəticəsidir. Şirkət olaraq daima ən yaxşı nəticənin axtarışındayıq. Biz komandamızın potensialı ilə istifadə etdiyimiz qabaqcıl texnologiyaların imkanlarını bir vəhdət şəklində əlaqələndirərək yüksək keyfiyyətli xidmət göstəririk.

Əməkdaşlıq

“FoodCity Aqrokompleks” əməkdaşlıqda yalnız şirkətin maraqlarından çıxış etmir, biz birgə uğurun tərəfdarıyıq. Şirkət olaraq əməkdaşlıq platformalarında fərdiyyətçilikdən uzaq strateji yol seçib tərəfdaşlarımızın gözləntilərini yüksək səviyyədə qarşılayırıq. Beləliklə birgə inkişaf səmərəliliyini artırmış oluruq.

Baxışımız

“FoodCity Aqrokompleks” öz fəaliyyətində sağlam korporativ mühit şərtlərini rəhbər tutur. Müasir idarəetmə alətləri və qabaqcıl texnoloji yeniliklər fəaliyyətimizin əsasını təşkil edir. Əməkdaşlıqda stimullaşdırıcı mövqedən çıxış edir, davamlı və dayanıqlı biznes əlaqələri qurur və inkişaf etdiririk.

Missiyamız

  • Dövlət və özəl sektor tərəfdaşlığı ilə kompleks layihələr həyata keçirmək;
  • Operativ həllər vasitəsilə idxal-ixrac və tranzit əməliyyatlarını, yerli və xarici bazarlara çıxış imkanlarını asanlaşdırmaq;
  • Aqrar sahənin inkişafında və ümumi biznes mühitinin təkmilləşdirilməsində pay sahibi olmaq;
  • Kənd təsərrüfatı məhsulları üzrə bazar infrastrukturunu inkişaf etdirmək və istehsalçıları ixraca təşviq etmək;
  • Regionlarda məşğulluğun artırılmasına, sosial-iqtisadi inkişafa və alternativ fəaliyyət sahələrinin yaradılmasına dəstək göstərmək.
  • MDB ölkələri
  • Xarici hipermarket şəbəkələri
  • Daxili bazar və yerli market şəbəkələri

MDB ölkələri Azərbaycan Respublikasında ixrac olunan meyvə və tərəvəzin miqdarı(tonla)

2022 643 704,28
2023 182 198,36

Azərbaycan Respublikasından ixrac olunan tərəvəzin dəyəri (USD)

2022 218,856,370
2023 169,829,11

Azərbaycan Respublikasından dəyərinə görə ən çox ixrac olunan 5 meyvə-tərəvəz adı (USD ilə)

2022
  • Pomidor-167608,53
  • Xurma-113371,210
  • Fındıq-110642,93
  • Alma-52008,70
  • Kartof-35121,66
2023
  • Pomidor-124,166,910
  • Meşə fındığı-64,322.570
  • Kartof-31,005,160
  • Alma-24,320.840
  • Xurma-14,750,090

Meyvə-tərəvəz ixracında dəmiryolu və avtomobil nəqliyyatlarının iştirakı (tonla)

20222023
Dəmiryolu 133 427,8444 356,26
Avtomobil nəqliyyatı 508 820,12 351 427,24
  • MDB ölkələri
  • Xarici hipermarket şəbəkələri
  • Daxili bazar və yerli market şəbəkələri

Meyvə-tərəvəz ixracının qeyri-neft sektoru ve ümumi ixrac məhsullarına nisbətdə payı (faizlə):

20222023
Qeyri-neft məhsulları 21,90 %19,94 %
Ümumi ixrac 1,75%1,93%

Azərbaycan Respublikasında ixrac olunan meyvənin dəyəri (USD)

2022 230.255 960
2023 230.255 960

Azərbaycan Respublikasından miqdarına görə ən çox ixrac olunan 5 meyvə-tərəvəz adı (tonla)

2022
  • Xurma-147,632,30
  • Pomidor-141,419,42
  • Alma-82,291,55
  • Kartof-78,301,42
  • Nar-23,335,01
2023
  • Pomidor-111870,74
  • Kartof-71069,57
  • Alma-37593,02
  • Xurma-20261,14
  • Meşə fındığı-12919,71

Tranzit yüklərin miqdarı (tonla)

2022 867 529,00
2023 693 892,79

22 Okt, 2023

«Food City» implements new technologies

OCTOBER 26 WAS THE KEY EVENT OF THE YEAR IN THE MARKETING, ADVERTISING AND COMMU...

20 Okt, 2023

«Food City» implements new technologies

OCTOBER 26 WAS THE KEY EVENT OF THE YEAR IN THE MARKETING, ADVERTISING AND COMMU...

Hamısını gör
19 Okt, 2023

«Food City» implements new technologies

OCTOBER 26 WAS THE KEY EVENT OF THE YEAR IN THE MARKETING, ADVERTISING AND COMMU...

22 Okt, 2023

«Food City» implements new technologies

OCTOBER 26 WAS THE KEY EVENT OF THE YEAR IN THE MARKETING, ADVERTISING AND COMMU...

20 Okt, 2023

«Food City» implements new technologies

OCTOBER 26 WAS THE KEY EVENT OF THE YEAR IN THE MARKETING, ADVERTISING AND COMMU...

19 Okt, 2023

«Food City» implements new technologies

OCTOBER 26 WAS THE KEY EVENT OF THE YEAR IN THE MARKETING, ADVERTISING AND COMMU...

Hamısını gör