Ümumi tutum: 18.000 ton
Avadanlıq: Isolcell
İstehsalçı ölkə: İtaliya
Xüsusiyyət: Dinamik Atmosfer Kontrol (DAC).
Önsoyutma və şoklama xidməti (gilas və s.)
“Bir pəncərə” xidməti
Soyuducu anbar kompleksi
İctimai iaşə obyektləri
Birja
Qida təhlükəsizliyi laboratoriyası
Gömrük zonası
Logistika Mərkəzi
Aqrokompleksdə “Bir pəncərə” prinsipi adı altında dövlət və özəl sektor nümayəndələrinin birgə fəaliyyəti təşkil olunur. Dövlət və özəl qurumlar vahid sistemlə idxal-ixrac və tranzit əməliyyatlarında iştirak edən meyvə-tərəvəz istehsalçılarına və ixracatçılarına operativ şəkildə xidmət göstərirlər. Göstərilən xidmətin yüksək keyfiyyətdə olması əməliyyatların daha rahat, səmərəli və sürətli təşkilində mühüm rol oynayır.
Fəaliyyətində innovativ texnologiyalardan istifadəni əsas tutan Aqrokompleks saxlanc, çeşidləmə və paletləmə xidmətlərində də bu ənənəyə sadiq qalır. Ümumilikdə 18.000 ton tutumu olan soyuducu anbar kompleksi İtaliya istehsalı olan müasir texnologiya ilə təchiz olunub və Dinamik Atmosfer Kontrol (DAC) xüsusiyyətlidir. Həmçinin infrastruktur qurğularından olan MAF RODA avadanlığı saatda 4 ton gilas və 5-6 ton çəyirdəkli və tumlu meyvələri çeşidləmə və paletləmə imkanı verir.
Göstərilən xidmətin çoxtərəfli təşkil olunması məqəsdilə Aqrokompleksdə ictimai iaşə obyektləri də inşa edilib. Belə ki, ərazidə Biznes Mərkəzi, 22 otaqlı mehmanxana, 150 nəfərə xidmət edə bilən restoran-yeməkxana kompleksi, yanacaq doldurma məntəqəsi, yük maşınları üçün texniki servis mərkəzi və avtoyuma məntəqəsi də fəaliyyət göstərir.
“FoodCity Aqrokompleks”in kənd təsərrüfatı məhsulları istehsalçılarına və tədarükçülərinə göstərdiyi başlıca dəstək xidmətlərdən biri də onları vahid bir platformada əlaqələndirməkdir. Ümumi sahəsi 2506 m² olan Birja yerli və xarici istehsalçıların məhsullarının bazar tipli şourumda sərgilənməsinə və alıcı-satıcı əlaqələrinin vasitəsiz şəkildə qurulmasına xidmət edir.
Aqrokompleksin ekosisteminə daxil olan ən vacib komponentlərdən biri də qida təhlükəsizliyi üzrə laboratoriyadır. Laboratoriyada gündəlik 24 növ və 400-ə yaxın sayda aşağıdakı təhlilləri aparmaq mümkündür:
Aqrokompleksin ekosisteminə daxil olan gömrük zonasında 4 kameralı soyuducu və 1 qapalı tipli müvəqqəti gömrük saxlanc anbarları yerləşir. 4 kameralı soyuducu anbarlar 1556 m³, qapalı tipli saxlanc anbarı isə 7638 m³ ərazini əhatə edir. Həmçinin gömrük zonasında X-Ray yoxlama-baxış sistemi də fəaliyyət göstərir. Sistem saatda 20-25 tıra xidmət etmə potensialına malikdir.
Aqrokompleksin əsas tərkib hissələrindən olan Logistika Mərkəzi özündə həm Dalan dəmir yolu, həm də Yük maşınları terminallarını birləşdirir. Logistika mərkəzi ildə 500.000 ton yükaşırma potensialına malikdir. Yük maşınları terminalında 150 tırın parkanması üçün ərazi və gündəlik 200 yük maşınına xidmət göstərə bilmə imkanlı statik və oxlu tipli yük maşını tərəzisi mövcuddur. Dalan dəmir yolu terminalı və yükləmə platforması isə ümumilikdə 130 vaqon tutumludur. Terminal eyni vaxtda 65 vaqona yükləmə-boşaltma əməliyyatı aparılmasına imkan verir. Logistika Mərkəzi ümumilikdə 18200 m² sahəni əhatə edir.
İdxal-ixrac əməliyyatlarına nəzarət
Bütün növ bank xidmətləri
Fitosanitar sertifikatın verilməsi
Mənşə sertifikatının verilməsi
Çevik idarəetmə sistemi və səmərəli əlaqələndirmə
İxdal-ixrac sənədləşmələri
Ümumi tutum: 18.000 ton
Avadanlıq: Isolcell
İstehsalçı ölkə: İtaliya
Xüsusiyyət: Dinamik Atmosfer Kontrol (DAC).
Önsoyutma və şoklama xidməti (gilas və s.)
Avanlıq: MAF RODA
İstehsalçı ölkə: Fransa
Gücü: saatda 4 ton gilas və
5-6 ton çəyirdəkli və tumlu meyvələr
Çeşidləmə
Paletləmə
İldə 500.000 ton meyvə-tərəvəzi yükaşırma potensiallı
Dalan dəmir yolu terminalı və yükləmə platforması
Ümumi vaqon tutumu – 130 vaqon
Eyni anda yükləmə əməliyyatı aparılması - 65 vaqon
Yük maşınları terminalı
Terminal ərazisində 150 tır üçün parklanma imkanı
Gündəlik 200 yük maşınına xidmət göstərə bilmə potensiallı statik və oxlu tipli tərəzi
Gündəlik 24 növ və 400-ə yaxın sayda təhlil aparma imkanı olan qida təhlükəsizliyi laboratoriyası:
Karantin ekspertiza
Toksikoloji ekspertiza
Fiziki-kimyəvi ekspertiza
Fitopatoloji ekspertiza
Molekulyar-bioloji ekspertiza
Yerli və xarici meyvə-tərəvəz istehsalçılarının, tədarükçülərinin və digər subyektlərin vahid bir platformada əlaqələndirilməsi;
Yerli və xarici istehsalçıların məhsullarının bazar tipli şourumda sərgilənməsi və s.
Biznes Mərkəzi
22 otaqlı mehmanxana
150 nəfərlik restoran-yeməkxana kompleksi
Yanacaq doldurma məntəqəsi
Yük maşınları üçün texniki servis mərkəzi
Avtoyuma məntəqəsi
“Food City Aqrokompleks” idxalçı və ixracatçılara broker xidməti təklif edir.
Broker xidmətimizə aşağıdakılar daxildir:
• Gömrük rəsmiləşdirilməsi;
• Gömrük bəyannaməsinin tərtibi;
• Qısa idxal bəyannaməsinin tərtibi;
• Qısa idxal-ixrac bəyannaməsinin tərtibi;
• Müqavilələrin hazırlanması;
• Vaqonların izlənməsi (GPS xidməti);
• Konsultasiya xidməti;
• CMR və digər nəqliyyat sənədlərinin hazırlanması.
“Food City Aqrokompleks” Azərbaycan üzərindən multimodal tranzit daşımaları xidməti göstərir.
Xidmətimizin üstün tərəfləri:
• “Bir pəncərə” xidmətilə rəsmiləşdirmə;
• Yük maşınları və Dalan dəmir yolu terminalları;
• Müvəqqəti gömrük saxlanc anbarlarının mövcudluğu;
• Qida təhlükəsizliyi üzrə laboratoriya;
• İl ərzində 500.000 ton yükaşırma imkanı;
• Ümumi 18.000 ton tutumlu soyuducu anbar kompleksi;
• Çeşidləmə və paletləmə xidmətlərinin mövcudluğu;
• Müasir infrastruktur və peşəkar işçi heyəti;
• Aqrokompleksdə otel, restoran və digər ictimai iaşə obyektlərinin mövcudluğu.
Ölkənin qabaqcıl kənd təsərrüfatı şirkətlərindən olan “Agro Dair...
"Food City Agrocomplex"də “Logistika və gömrük təmsil&...
Food City Agrocomplex ilə "Jiaxing Fruit Market" arasında keçir...
Ölkənin qabaqcıl kənd təsərrüfatı şirkətlərindən olan “Agro Dair...
"Food City Agrocomplex"də “Logistika və gömrük təmsil&...
Food City Agrocomplex ilə "Jiaxing Fruit Market" arasında keçir...
“FoodCity Aqrokompleks” korporativ dəyərlərə əsaslanan insan resursları siyasəti ilə fəaliyyət göstərir. Komandamızın şəxsi keyfiyyətləri yüksək və öz sahəsi üzrə peşəkar kadrlardan ibarət olması əsas prinsiplərimizdəndir.
© 2023 Food City | Bütün hüquqlar qorunur
Hesabatlar