“Food City Agrocomplex”də həyata keçirilən tranzit əməliyyatlarına dair görüş keçirilib
Gömrük və logistika sahəsində fəaliyyət göstərən sahibkarlar ilə “Food City Agrocomplex”in gömrük terminalında həyata keçirilən tranzit əməliyyatlarına dair görüş keçirilib. Görüşdə aqrokompleksimizdə təklif olunan xidmətlər və vahid bir mərkəzdə peşəkar komanda ilə aparılan sürətli əməliyyatlar haqqında məlumat verilib.
Bundan başqa qeyd olunub ki, Şimal-Cənub və Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizlərinə rahat çıxışı ilə əlverişli mövqeydə yerləşən mərkəzimiz, yüklərin həm dəmir yolu, həm də quru yolu vasitəsilə daşınması üçün ən uyğun alternativlərdəndir. “Food City Agrocomplex”in xidmətlərindən yararlanan sahibkarlar vaxtlarına və resurslarına əhəmiyyətli dərəcədə qənaət etmiş olacaqlar.
Paylaş: