Food City Agrocomplex ilə Çinin böyük meyvə bazarı "Jiaxing Fruit Market" arasında əməkdaşlıq perspektivləri müzakirə edilib
Food City Agrocomplex ilə "Jiaxing Fruit Market" arasında keçirilmiş görüşdə iki şirkət arasında gələcək əməkdaşlığın perspektivləri müzakirə edilib. Görüşdə tərəflər Azərbaycandan meyvə ixracının genişləndirilməsi və Çində meyvə məhsullarının satışı sahəsində qarşılıqlı maraqları barədə danışıblar.
Jian Miang nümayəndələri Food City Agrocomplex-in mövcud infrastrukturu ilə tanış olaraq yüksək texnoloji standartlara cavab verən saxlanma və logistika infrastrukturu, kompleksin ekosistemində olan terminal sahələri, soyuducu anbarlar və məhsulun keyfiyyətini qoruyaraq çeşidləmə apara bilən müasir avadanlıqlarla tanış olublar.
Qeyd edək ki, "Jiaxing Fruit Market" Çinin ən böyük meyvə bazarlarındandır. Ümumi sahəsi 36 hektar olan bazarın illik satış həcmi 4.1 milyon tondur. 600-dən çox satıcının fəaliyyət göstərən bazarın ticarət dövriyyəsi isə, 581 milyard yuandır (135 milyard manat).
Danışıqlar nəticəsində tərəflər gələcəkdə əməkdaşlığın davamlı və sistemli olmasını təmin etmək məqsədilə bir əməkdaşlıq memorandumu imzalamaq barədə razılığa gəliblər.