Aqrokompleks qlobal dünya çağırışlarına uyğun olaraq ölkəmizdə kənd təsərrüfatı sahəsinin inkişafı, idxal-ixrac və tranzit əməliyyatlarının asanlaşdırılması və ölkəmizin ixrac potensialının artırılması məqsədilə yerli və xarici meyvə-tərəvəz istehsalçılarına və tədarükçülərinə qabaqcıl texnologiyalara əsaslanan çoxsaylı xidmətlər təqdim edir.

11 mar 2025

"Food City Agrocomplex"də “Logistika və gömrük təmsilçilik şirkətləri üçün göstərilən xidmətlərin səmərəliliyin artırılması və tranzit əməliyyatların inkişaf etdirilməsi” adlı görüş keçirilib

"Food City Agrocomplex"də “Logistika və gömrük təmsilçilik şirkətləri üçün göstərilən xidmətlərin səmərəliliyin artırılması və tranzit əməliyyatların inkişaf etdirilməsi” adlı görüş və biznes tur keçirilib. Tədbirin əsas məqsədi sahə üzrə fəaliyyət göstərən şirkətlərin inkişafına töhfə vermək və onların qarşılaşdığı çətinlikləri müzakirə etmək olub.

Tədbir iştirakçıları eyni zamanda "Food City Agrocomplex"in fəaliyyəti və infrastrukturu ilə tanış olublar, müasir logistik xidmətlərin təşkili üçün mövcud imkanlar və texnologiyalar barəsində ətraflı məlumat əldə ediblər.

Görüş zamanı Azərbaycan Gömrük Təmsilçiliyi və Logistika şirkətlərin Assosiasiyasının, Dövlət Gömrük Komitəsinin, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin nümayəndələri, eləcə də ölkənin aparıcı logistika və gömrük təmsilçilik şirkətləri iştirak ediblər. Tədbir çərçivəsində sahibkarlarla dövlət qurumları arasında müzakirələr aparılıb, mövcud xidmətlərin səmərəliliyinin artırılması, proseslərin daha şəffaf və sürətli şəkildə həyata keçirilməsi, eləcə də tranzit əməliyyatlarının inkişafı yolları ilə bağlı fikir mübadiləsi aparılıb.

© 2023 Food City | Bütün hüquqlar qorunur