Aqrokompleks qlobal dünya çağırışlarına uyğun olaraq ölkəmizdə kənd təsərrüfatı sahəsinin inkişafı, idxal-ixrac və tranzit əməliyyatlarının asanlaşdırılması və ölkəmizin ixrac potensialının artırılması məqsədilə yerli və xarici meyvə-tərəvəz istehsalçılarına və tədarükçülərinə qabaqcıl texnologiyalara əsaslanan çoxsaylı xidmətlər təqdim edir.

7 Noy 2024

"Food City Agrocomplex"də Zəfər Günü münasibətilə tədbir keçirildi

"Food City Agrocomplex"də 8 Noyabr - Zəfər Günü münasibətilə bayram tədbiri keçirilib.
Tədbirdə çıxış edən şirkət rəhbərliyi İkinci Qarabağ müharibəsində Azərbaycanın şanlı qələbəsindən bəhs edərək Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun cəmi 44 gün ərzində işğal altında olan torpaqları azad etdiyini xüsusi vurğuladılar.
Ölkəmizin ərazi bütövlüyü uğrunda sağlamlığını itirən qazilərimizə şəfa, şəhidlərimizə Allahdan rəhmət diləyib. Vətən uğrunda canlarını fəda edən şəhidlərimizin hər zaman qəlbimizdə əbədi yaşayacağını, onların adlarının daim uca tutulacağını qeyd etdilər.
Sonda müharibə iştirakçısı və qazi olan əməkdaşlara xatirə plaketləri təqdim olundu. Onların göstərdiyi şücaəti yüksək qiymətləndirərək, bu fədakarlığın ölkəmiz və şirkətimiz üçün böyük əhəmiyyət daşıdığı vurğulandı.

© 2023 Food City | Bütün hüquqlar qorunur