"Food City Agrocomplex"in əməkdaşı Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın eksperti seçilib
“Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” 13 iyul 2016-cı il tarixli 2199 nömrəli Sərəncama uyğun olaraq Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın yaradılıb.
Komissiyanın prioritet məqsədi Azərbaycanda biznes mühitinin yaxşılaşdırılması istiqamətində mütəmadi tədbirləri davam etdirmək, Dünya Bankının dəyərləndirmə alətləri və hesabatları əsasında ölkəmizdə biznes və investisiya mühitinin yaxşılaşdırılması, sahibkarlığa dövlət dəstəyi və milli iqtisadiyyatın rəqabət qabiliyyətliliyinin artırılması yönündə iqtisadiyyatda dayanıqlı və sürətli inkişafa nail olunmasıdır. Təbii ki, qarşıya qoyulan hədəflərə çatmaq və tədbirlərin vaxtlı-vaxtında icrasını təmin etmək məqsədilə aidiyyəti dövlət orqanları və qurumlarından, publik hüquqi şəxslərin və özəl sektorun nümayəndələrindən, müəssisə və təşkilatların mütəxəssislərindən və müstəqil ekspertlərdən ibarət müxtəlif işçi qrupları və altqruplar yaradılmışdır ki, bunlardan biri də “Sərhəddə ticarət üzrə dövlət xidmətlərinin səmərəliliyinin artırılması” altqrupudur.
Altqrupun əsas fəaliyyət istiqaməti ölkəmizin sosial iqtisadi inkişafının əsas struktur elementlərindən olan dövlət-biznes dialoqunun gücləndirilməsi və xarici ticarət iştirakçıları üçün mövcud şəraitin əlçatanlığının daha da inkişaf etdirilməsidir.
İşçi Qrupunun fəaliyyəti üzrə əldə edilmiş layihələr barədə məlumatlar təqdim ediləcək.