"Food City Agrocomplex"in əməkdaşları işgüzar səfərdə olublar
"Food City Agrocomplex"in əməkdaşları Türkiyə və İranda işgüzar səfərdə olublar.
Əməkdaşlarımız Gömrük və logistika sahəsində fəaliyyət göstərən şirkətlər və dövlət nümayəndələri ilə görüşlər keçiriblər. Görüşdə aqrokompleksimizdə təklif olunan xidmətlər və vahid bir mərkəzdə peşəkar komanda ilə aparılan sürətli əməliyyatlar haqqında məlumat verilib.
Bundan başqa qeyd olunub ki, Şimal-Cənub və Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizlərinə rahat çıxışı ilə əlverişli mövqeydə yerləşən mərkəzimiz, yüklərin həm dəmir yolu, həm də quru yolu vasitəsilə daşınması üçün ən uyğun alternativlərdəndir.
Paylaş: