“Food City Agrocomplex” və “Agro Dairy” şirkətləri arasında memorandum imzalandı
Ölkənin qabaqcıl kənd təsərrüfatı şirkətlərindən olan “Agro Dairy” şirkətinin rəhbərliyi Xudat şəhərində yerləşən “Food City Agrocomplex”də olublar.
Ziyarət zamanı nümayəndələr “Food City Agrocomplex”in müasir infrastruktur və göstərilən xidmətlər ilə tanış olublar. Kompleksimizdə yüksək texnoloji standartlara cavab verən saxlanma və logistika infrastrukturu, kompleksin ekosistemində olan terminal sahələri, soyuducu anbarlar, qida təhlükəsizliyi laoboratoriyası və KOB evi təşkilatçılığı ilə “Bir Pəncərə” prinsipi əsasında dövlət və özəl qurumların birgə sahibkarlara göstərdiyi çevik və rahat xidmət formasını yüksək qiymətləndiriblər.
Görüş zamanı eyni zamanda hər iki şirkət arasında gələcək əməkdaşlıq prespektivləri müzakirə edilib. Belə ki, “Agro dairy” şirkəti idxal-ixrac əməliyyatları zamanı “Food City Agrocomplex”in təklif etdiyi çeviq və rahat həlllər və peşəkar ixtisaslaşmış komanda ilə bütün gömrük, logistika əməliyytalarının uğurlu şəkildə aparılmasını hədəfləyir.
Sonda qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığı möhkəmləndirmək üçün tərəflər arasında əməkdaşlıq memorandumunun imzalanması barədə razılığa gəlinib.
Bu memorandumu imzalamaqla, "Agro Dairy" və "Food City Agrocomplex" həm daxili, həm də beynəlxalq bazarda rəqabət qabiliyyətlərini artırmağa yönəlmiş birgə təşəbbüslərə start verir.