Aqrokompleks qlobal dünya çağırışlarına uyğun olaraq ölkəmizdə kənd təsərrüfatı sahəsinin inkişafı, idxal-ixrac və tranzit əməliyyatlarının asanlaşdırılması və ölkəmizin ixrac potensialının artırılması məqsədilə yerli və xarici meyvə-tərəvəz istehsalçılarına və tədarükçülərinə qabaqcıl texnologiyalara əsaslanan çoxsaylı xidmətlər təqdim edir.

21 Fev 2025

"Food City Agrocomplex" və Rusiyanın aparıcı şirkətlərindən olan "X5 Import" arasında strateji əməkdaşlıq müzakirə edilib

"Food City Agrocomplex" və Rusiyanın aparıcı şirkətlərindən olan “X5 Import” arasında Azərbaycandan Rusiyaya təchizat zəncirinin inkişafı, idxal-ixrac imkanları və tranzit potensialı mövzusunda görüş keçirilib.  

Görüş çərçivəsində “X5 Import”-un mövcud təchizatçılarının logistika və anbar infrastrukturundan istifadə edərək meyvə-tərəvəz və digər məhsullarının Rusiya Federasiyasına tədarükü, eləcə də daşınma, saxlama və satışa hazırlıq xidmətlərinin genişləndirilməsi imkanları müzakirə olunub. Bununla yanaşı, Azərbaycandan Rusiyaya dəmir yolu ilə tədarük marşrutlarının inkişafı üzrə təkliflər təqdim edilib.

Tərəflər həmçinin “X5 Import” tərəfindən tərəfdaşlardan birbaşa məhsul alınması, aqro layihələrə investisiya inkişafı imkanlarını nəzərdən keçiriblər.  

Görüş zamanı digər qonşu ölkələrdən meyvə-tərəvəz və süd məhsullarının tədarükünün inkişafı, logistika və sərhəd keçidlərində mövcud problemlərin həlli istiqamətində atılacaq addımlar da diqqət mərkəzində olub.  

Müzakirələr çərçivəsində iki şirkət arasında əməkdaşlığın genişləndirilməsi və qarşılıqlı ticarət əlaqələrinin möhkəmləndirilməsi üçün birgə fəaliyyət planının hazırlanması razılaşdırılıb.

© 2023 Food City | Bütün hüquqlar qorunur