Aqrokompleks qlobal dünya çağırışlarına uyğun olaraq ölkəmizdə kənd təsərrüfatı sahəsinin inkişafı, idxal-ixrac və tranzit əməliyyatlarının asanlaşdırılması və ölkəmizin ixrac potensialının artırılması məqsədilə yerli və xarici meyvə-tərəvəz istehsalçılarına və tədarükçülərinə qabaqcıl texnologiyalara əsaslanan çoxsaylı xidmətlər təqdim edir.

“Food City Aqrokompleks” biznes əlaqələrini genişləndirir
17 may 2024

“Food City Aqrokompleks” biznes əlaqələrini genişləndirir

İdxal-ixrac əməliyyatlarının “Bir pəncərə” prinsipi ilə rəsmiləşdirilməsi, logistika, broker, tranzit, saxlanc və s. çoxsaylı xidmətlər üzrə ixtisaslaşmış “Food City Aqrokompleks” və meyvə istehsalı ilə məşğul olan “MAN-AGRO” MMC arasında birgə əməkdaşlıq haqqında müqavilə imzalanıb.

“Caspian Agro” və “InterFood Azerbaijan” sərgisində baş tutan imzalanma mərasimində “Food City Aqrokompleks”-in baş icraçı direktoru Anar Ağayev, “MAN-AGRO” MMC-nin direktoru Elnur Mənsimov və hər iki şirkətin rəhbər şəxsləri iştirak ediblər.

İki şirkət arasında imzalanmış müqaviləyə əsasən, saxlanc, logistika, çeşidləmə, qablaşdırma xidmətləri və idxal-ixrac rəsmiləşdirilmələri üzrə gələcəkdə birgə əməkdaşlıq edilməsi nəzərdə tutulub.

© 2023 Food City | Bütün hüquqlar qorunur