Gömrük sistemində tətbiq edilən yeniliklərlə bağlı görüş keçirilib
Xaçmaz Gömrük İdarəsi və “Food City Agrocomplex”in birgə təşəbbüsü ilə kompleksimizdə yerləşən “Xudat” gömrük postunda Dövlət Gömrük Komitəsinin nümayəndələri, “ Food City Agrocomplex ” rəhbərliyi və xarici ticarət iştirakçıları ilə görüş keçirilib.
Tədbirdə ölkəmizdə ilk dəfə Səlahiyyətli İqtisadi Operator statusu verilən kompleksimizin ərazisində sahibkarlara göstəriləcək sadələşdirilmiş gömrük əməliyyatları, minimum gömrük yoxlamaları, ticarət zənciri boyu təmassız və maneəsiz hərəkət, 7/24 kommunikasiya imkanı, güvənli gömrük-biznes əməkdaşlığı, beynəlxalq bazarlara əlçatanlıq kimi məsələlər müzakirə edilib.
Bundan əlavə, gömrük sistemində tətbiq edilən yeniliklər, “Gömrük-Biznes Forumu 2024”də təqdim olunan “İkipilləli Buraxılış Sistemi”, “İlkin Məlumatlandırmada Daşıyıcıların Qeydiyyatı”, “Rəqəmsal Gömrük Dəyəri” layihələri ilə bağlı ətaflı məlumat verilib, onların əhəmiyyətindən və faydalarından bəhs edilib.
Sonda biznes subyektlərinin təklif və rəyləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.