“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilən ağacəkmə aksiyasına "Food City Agrocomplex" də qoşuldu
Xaçmaz rayonunda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində "Food City Agrocomplex" və Xaçmaz Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə ağacəkmə aksiyası keçirilib.
Aksiyada Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul əməkdaşı Habil Əzənmədov, aqrokompleksin rəhbər heyəti və əməkdaşları iştirak edib. Tədbir zamanı yerli iqlim şəraitinə uyğun gələn şam, çinar və müxtəlif növ meyvə ağacları əkiblər.
Paylaş: